Zədə epidemiyasından əziyyət çəkən "Sabah"ın daha bir əsas siması Namiq Ələsgərovun "Zirə" ilə matçda zədələnməsini xəbər vermişdik.
Futbolçu dünən MRT müayinəsindən keçib.
Xoşbəxtlikdən milli komandanın da üzvü olan yarımmüdafiəçidə ciddi nəsə aşkarlanmayıb.
Həkimlər sadəcə əzələsində gərilmə olduğunu bildiriblər.
27 yaşlı yarımmüdafiəçinin növbəti tur "Neftçi" ilə matçda meydanda olub-olmayacağına isə qarşıdakı günlər həkim qərar verəcək.
XANOĞLAN / SPORTİNFO.AZ

