Millinin hücumçusunun fərqli qol sevincinin XÜSUSİ SƏBƏBİ

8 Avqust 2022 23:00 Sabah 888
Millinin hücumçusunun fərqli qol sevincinin XÜSUSİ SƏBƏBİ

"Sabah" yeni mövsümə əla start götürdü.

Masazır təmsilçisi Premyer Liqanın ilk matçında "Sumqayıt"a heç bir şans tanımadı - 3:0.

Qarşılaşmada hesabı ötən mövsümün ikinci yarısını "Sumqayıt"da keçirmiş yeni transfer Anatoli Nuriyev açdı.

"9 nömrə" vurduğu baxımlı qolla bərabər, həm də sonrakı jesti ilə də diqqət çəkdi.

Belə ki, hücumçu ehtiyat skamiyaya yaxınlaşaraq ona verilən "3 nömrə"li futbolkanı tribunalara göstərdi. Təbii ki, bu jest heç də səbəbsiz deyildi.

Adıçəkilən nömrə ukraynalı legioner Zurab Oçiqavaya məxsusdur.

27 yaşlı futbolçu Bolqarıstan toplanışında ciddi zədə alıb. Onun uzun müddət komandasına kömək edə bilməyəcəyi gözlənir.

Nuriyev və yoldaşları da atdıqları addımla mənəvi olaraq Zuraba dəstək olmağa qərar veriblər.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"