Paytaxt klubu Premyer Liqaya ciddi itkilərlə start verəcək

6 Avqust 2022 09:40 Sabah 970
Paytaxt klubu Premyer Liqaya ciddi itkilərlə start verəcək

“Sabah” Premyer Liqada yeni mövsümə sabah start verəcək.

Komanda dogma meydanda “Sumqayıt”ı qəbul edəcək.

Masazır təmsilçisi “kimyaçılar”la oyuna ciddi itkilərlə çıxacaq.

Belə ki, baş məşqçi Murad Musayev 3 əsas futbolçusunun xidmətindən məhrum qalıb.

Bunlar Tiemoko Fofana, Kristian Da silva və Zurab Oçiqavadır.

Hər üç legioner də zədədən əziyyət çəkir.

Fofana və Kristian uzun müddətdir zədədən əziyyət çəkir. Yay təlim-məşq toplanışlarında da iştirak etməyən əcnəbilər hələ də məşqlərə start verməyiblər.

Zurab isə Bolqarıstandakı toplanış çərçivəsində “Akritas Xlorakas” klubu ilə ikinci yoxlama matçında sıradan çıxıb.

Hər üç futbolçunun düşərgəyə nə vaxt qayıdacağı isə hələ də sual olaraq qalır.

“Sabah” – “Sumqayıt” qarşılaşması sabah, saat 19:15-də “Bank Respublika Arena”da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti