Bəxtiyar olmadı - FOTOLAR

31 İyul 2022 09:30 Sabah 672
Bəxtiyar olmadı - FOTOLAR

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan “Sabah” sonuncu yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, “Sabah” Kiprin yüksək liqa təmsilçisi “Nea Salamina” ilə qarşılaşıb.

Üç qolun qeydə alındığı matç Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. “Sabah”ın yeganə qolunu Bəxtiyar Həsənalızadə vurub.

İyulun 17-dən Banskoda təlim-məşq toplanışında olan “Sabah” daha öncə hazırlıq çərçivəsində İsrailin “Hapoel Hadera” (0:1) və Kiprin “Akritas Xlorakas” (2:3) klubları ilə qarşılaşımışdı.

“Sabah”ın Bolqarıstan toplanışı iyulun 31-də bitəcək.

Digər Xəbərlər
Xəbər Lenti