"Sabah" Bolqarıstan toplanışın məğlubiyyətlə başa vurdu

30 İyul 2022 22:10 Sabah 632
"Sabah" Bolqarıstan toplanışın məğlubiyyətlə başa vurdu

Yeni mövsümün hazırlığını Bolqarıstanda davam etdirən "Sabah" sonuncu yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Kiprin "Nea Salamina" klubu ilə qarşılaşıb.

Matç Murad Musayevin komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. "Sabah"ın heyətində Bəxtiyar Həsənalızadə fərqlənib.

İyulun 17-dən Banskoda təlim-məşq toplanışında olan "Sabah" bu günə kimi hazırlıq çərçivəsində İsrailin “Hapoel Hadera” (0:1) və Kiprin “Akritas Xlorakas” (2:3) klubları ilə qarşılaşıb.

Bolqarıstan toplanışına iyulun 31-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti