MUSAYEV: "Futbolçularım məşqlərə böyük fədakarlıqla və istəklə yanaşırlar" - VİDEO

30 İyul 2022 09:00 Sabah 645
MUSAYEV: "Futbolçularım məşqlərə böyük fədakarlıqla və istəklə yanaşırlar" - VİDEO

"Təlim-məşq toplanışları həmişə ağır keçir, gündə 2 dəfə məşqlər olur ki, bu da əlavə yüklənmə yaradır.

Futbolçuların məşqlərə münasibətindən çox razıyıq".

Sportinfo.az xəbə verir ki, bu sözləri "Sabah"ın baş məşqisi Murad Musayev klubun rəsmi saytına açıqlamasında komandanın yeni mövsümə hazırlığı barədə danışarkən deyib.

O, Bakı təmsilçisinə yeni qoşulan futbolçuların tədricən komandaya uyğunlaşdığını bildirib:

"Futbolçular yorğunluğa, havanın isti və ya yağışlı olmasına baxmayaraq, məşqlərə böyük fədakarlıqla və istəklə yanaşırlar. Bu da bizim üçün vacibdir.

Yeni futbolçuların komandaya uyğunlaşması ilə bağlı tələsməyə ehtiyac yoxdur. Onların çoxu biz məşqlərə başladıqdan sonra komandaya qoşuldular.

Bizim əsas vəzifəmiz onları onları zədələrdən qorumaqla ehtiyatlı bir şəkildə komandaya uyğunlaşdırmaq və onlardan nə tələb olunduğunu izah etməkdən ibarətdir.

Buna görə də hazırlıq zamanı onlara çox yüklənmirik. Gündən-günə fiziki hazırlıqlarını bərpa edirlər. Bu da onların komandaya uyğunlaşmasına şərait yaradır.

Əlbəttə, hazırlığa ilk günlərdən qoşulan futbolçular üçün bir qədər daha rahatdır. Onların artıq komandaya tam uyğunlaşdığını demək olar.

Gec qoşulan futbolçuların uyğunlaşmaq üçün vaxta ehtiyacları olmasında problem yoxdur. Son oyunlarda futbolda bəzi şeylərin nə qədər önəmli olduğunu gördük.

Əgər işimizin müəyyən hissəsini düzgün yerinə yetirmiriksə, bizi buna görə cəzalandırırlar. Bəli, yoxlama oyunlarında nəticənin vacib olmadığı deyilir.

Lakin biz hətta məşqlərdə də qələbə üçün çalışırıq. Yaxşı ki, bu səhvlər təlim-məşq toplanışında baş verdi. Biz indi həmin səhvləri aradan qaldıra və yeni mövsümdə təkrarlanmaması üçün daha diqqətli ola bilərik".

Çalışdırıcı onları dəstəkləyən azarkeşlərə müraciət edərək deyib:

"Azarkeşlərimizə demək istərdim ki, yeni mövsümdə onları sevindirmək üçün var qüvvəmizlə mübarizə aparacağıq. Biz həmişə onların böyük dəstəyini hiss etmişik.

Onların bizi dəstəkləmək üçün həyata keçirdikləri müxtəlif fəaliyyətləri hər zaman yüksək qiymətləndiririk.

Biz də öz növbəmizdə həm oyun keyfiyyətimizin artırılması, həm də nəticə baxımından əlimizdən gələni edəcəyik ki, onlar bizim oyunlarımızdan tam razı ayrılsınlar".​

Digər Xəbərlər
Xəbər Lenti