İspaniyadan gələn legionerin Azərbaycandakı qazancı

28 İyul 2022 21:20 Sabah 1 028
İspaniyadan gələn legionerin Azərbaycandakı qazancı

“Sabah” iyulun 10-da heyətini yeni legionerlə gücləndirdi.

Masazır təmsilçisi ispaniyalı Con İrasaballa anlaşdı.26 yaşlı müdafiəçi ilə 1+2 illik müqavilə imzalandı.

İrasabal karyerası ərzində ilk dəfə İspaniyanın hüdudlarından kənara çıxıb. O, “Vitoria” (2017-2018), “Mirandes” (2018-2020), “Lexona” (2019-2020) və “Amorebieta”da (2020-2022) çıxış edib.

İrasabalın hansı məbləğ qarşılığında ölkəsini tərk etməsi məlumdur. Prineyli legioner Azərbaycanda keçirəcəyi ilk mövsümdə 170 min dollar qazanacaq.

Onun çıxışı klubu qane edərsə, sözləşməsi avtomatik olaraq daha 2 il uzadılacaq. Və təbii ki, bu, ispanın illik gəlirlərinin də ilk sezonla müqayisədə artımını rəsmiləşdirəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti