"Sabah"ın oyunund 5 qol vuruldu

26 İyul 2022 21:38 Sabah 791
"Sabah"ın oyunund 5 qol vuruldu

Yeni mövsümə hazırlığı Bolqarıstanın Bansko şəhərində davam etdirən “Sabah” bu gün növbəti yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda Kiprin yüksək liqa təmsilçisi “Akritas Xlorakas” klubu ilə üz-üzə gəlib. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb. "Sabah"ın qollarını yeni transferlər David Volkov və Anatoli Nuriyev vurub.

Qeyd edək ki, “Sabah” Bolqarıstan toplanışı çərçivəsində ilk yoxlama oyununu İsrailin “Hapoel” (Hadera) klubuna qarşı keçirib (0:1).

Xatırladaq ki, "Sabah" Bakıdakı yoxlama oyunlarında "Sumqayıt"a 1:2 hesabı ilə uduzub, "Səbailə"ə 3:1 hesabı ilə qalib gəlib

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!