"Sabah"dan: "Çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik" - VİDEO

25 İyul 2022 00:40 Sabah 431
"Sabah"dan: "Çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik" - VİDEO

"Sabah"ın yarımmüdafiəçisi Elvin Camalov klubun mətbuat xidmətinə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, komandanın Bolqarıstanın Bansko şəhərində keçirilən toplanışını dəyərləndirib:

"İyulun 17-dən Bansko şəhərində toplanışa start vermişik. Burada təlim-məşq toplanışı üçün hər cür şərait yaradılıb.

Çalışırıq ki, məşqçinin verdiyi tapşırıqları maksimum dərəcədə yerinə yetirək. Ümid edirəm ki, çəkdiyimiz bu əziyyətlərin bəhrəsini çempionatda görəcəyik.

Banskoda ilk yoxlama oyunumuzu keçirdik. Düzdür, uduzduq. Amma yoxlama oyunlarında nəticə o qədər də önəmli deyil.

Yoxlama oyunlarında məşqçilərin verdiyi tapşırıqları maksimum dərəcədə yerinə yetirərək, səhvləri də aradan qaldırmağa çalışırıq.

Tezliklə mövsümə start veriləcək. Təlim-məşq toplanışında çəkdiyimiz əziyyətin bəhrəsini çempionatda görəcəyik.

İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə növbəti mövsümdə hədəflərimizə çatacağıq".

Digər Xəbərlər
Xəbər Lenti