"Sabah"da narahatlıq yaradan İKİ ƏCNƏBİ

23 İyul 2022 23:00 Sabah 878
"Sabah"da narahatlıq yaradan İKİ ƏCNƏBİ

“Sabah” yeni mövsümə hazırlıqların ikinci mərhələsini Bolqarıstanda davam etdirir.

Baş məşqçi Murad Musayev hələ də bütün kollektivi bir araya gətirə bilməyib.

Buna zədələr mane olur. Söhbət konkret iki futbolçudan gedir - Tiemoko Fofana və Kristian Da silva.

Toplanışın startından kollektivdən uzaq düşən hər iki legionerin zədəsi indi də davam edir. Onların toplanışın qalan bölümündə iştirak edə bilməyəcəkləri artıq dəqiqləşib.

Legionerlər reabilitasiya keçirlər. Ümumiyyətlə, məşqlərə nə vaxt qayıdacaqları da qeyri-müəyyən olaraq qalır.

Tiemoko Fofana 2021-ci ildən, Kristian Da Silva isə ötən mövsümün ikinci yarısından Masazır təmsilçisinin şərəfin qoruyur.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti