Premyer Liqa klubu yeni "mülk"ünə "əl gəzdirir"

22 İyul 2022 14:40 Sabah 1 607
Premyer Liqa klubu yeni "mülk"ünə "əl gəzdirir"

«ASK Arena»»da yenidənqurma tədbirləri görüləcək. «Sabah» bu işin icrasını öz üzərinə götürüb.

Azərbaycan Sənaye Korporassiyasının mülkiyyətində olan və Masazır klubuna uzunmüddətli icarəyə verilən idman kompleksində təmirə gələn ay start verilməsi planlaşdırılıb.

Bura əsas və yardımçı meydançalar, paltardəyişmə ilə hakim otaqları, həmçinin yeməkxana daxildir.

«Sabah» Futbol Akademiyası Masazırdan Bakının mərkəzinə köçürüləcək.

Hələlik burada 19 yaşlılardan ibarət komanda məskunlaşıb. Tədricən aşağı yaş qrupları üzrə «Bank Respublika Arena»dan bura gətiriləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti