“Sabah”dan ilk FOTOLAR

22 İyul 2022 02:10 Sabah 393
“Sabah”dan ilk FOTOLAR

Yeni mövsümə Bolqarıstanın Bansko şəhərində hazırlaşan "Sabah" təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisi İsrailin yüksək liqasında çıxış edən "Hapoel" (Hadera) ilə qarşılaşıb.

“Sabah”ın start heyəti: Yusif İmanov, Amin Seydiyev, Zurab Oçiqava, Con İrasabal, Boyan Letiç, Elvin Camalov (k), Anatoli Nuriyev, Ceyhun Nuriyev, Namik Ələskərov, Aleksey İsayev, Davit Volkov.

Sofiyada yerləşən milli komandaların təlim-məşq bazasının stadionunda baş tutan görüş rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Sabah" hazırlıq prosesində daha 2 sınaq matçında qüvvəsini sınayacaq.

Digər Xəbərlər
Xəbər Lenti