İspaniyadan gələn hücumçu “Sabah”ın məşqində - FOTOLAR

20 İyul 2022 01:20 Sabah 715
İspaniyadan gələn hücumçu “Sabah”ın məşqində - FOTOLAR

Bilindiyi kimi, “Sabah” heyətini yeni legionerlə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Emmanuel Apeh bundan sonra Masazır klubunun uğurları üçün çalışacaq.

25 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlanıb.

1996-cı ildə Nigeriyanın Kaduna şəhərində dünyaya gəlmiş forvard karyerası ərzində İspaniyanın “Lorka” (2016-2018), “Selta-2”, “Selta” (Viqo, 2018-2020), “Tenerife” (2020-2022) və “Alkorkon” (2021/22) klublarında oynayıb.

Bütün karyerası İspaniya ilə bağlı olan forvard 142 matçda 28 qol vurub.

“Sabah”da 90 nömrəli formada çıxış edəcək Manu artıq yeni komandasının Bolqarıstanda keçirilən təlim-məşq toplanışına qatılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti