Sabah” nigeriyalı Emmanuel Apehi transfer edib.
Sportinfo.az bu barədə klubun saytına istinadən xəbər verir.
25 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlanıb.
Nigeriyalı futbolçu karyerası ərzində İspaniyanın “Lorka” (2016-2018), “Selta-2”, “Selta” (Viqo, 2018-2020), “Tenerife” (2020-2022) və “Alkorkon” (2021/22) klublarında oynayıb.
O, "Sabah”da 90 nömrəli formada çıxış edəcək.

