"Dzyuba bizim transfer siyahımızda yer almayıb"

18 İyul 2022 23:03 Sabah 1 732
"Dzyuba bizim transfer siyahımızda yer almayıb"

"Onun adının bizim klubla yanaşı çəkilməsi doğru deyil".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur həmidov deyib.

Bilindiyi kimi, "Zenit"dən ayrılan Artyom Dzyuba karyerasını Azərbaycanda davam etdirə bilər. 33 yaşlı forvardla "Qarabağ", "Nefrçi" və "Sabah"ın maraqlandığı barədə xəbərlər dolaşır.

Rusiya millisinin üzvü danışıqlar aparmaq üçün Bakıya gəlib.

Artyom Dzyuba son mövsümdə "Zenit"in heyətində meydana çıxdığı 39 matçda 13 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Məşhur hücumçu Rusiya yığmasında 55 oyunda 30 qol vurub.

Dzyuba bu ilin may ayında "Zenit"dən ayrılıb. Buna görə də o, Azərbaycan klubuna azad agent statusu ilə keçə bilər.

E.Həmidov adıçəkilən qoleadorun xidmətində maraqlı olmadıqlarını bildirib:

"Dzyuba bizim transfer siyahımızda yer almayıb. Onun hansı səbəbdən Azərbaycana gəlməsini də bilmirik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti