"Sabah"da iki legioner məşqdə görünmədi - FOTOREPORTAJ

18 İyul 2022 22:40 Sabah 1 060
"Sabah"da iki legioner məşqdə görünmədi - FOTOREPORTAJ

2022/2023 mövsümünə hazırlığını davam etdirən "Sabah" təlim-məşq toplanışının ikinci hissəsi üçün Bolqarıstana yola düşüb.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisi dünən günorta saatlarında Bansko şəhərinə çatıb.

"Sabah" axşam saatlarında bu ölkədə ilk məşqinə çıxıb. Zədəli olan Tiemoko Fofana və Kristian Da Silva Banskodakı hazırlıqlara qatılmayıblar.

​“Sabah”ın Bolqarıstan toplanışı iyulun 31-nə qədər davam edəcək. Komandanın toplanış çərçivəsində 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Rəqiblər barədə məlumat veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti