İki azərbaycanlı gənc Murad Musayevi sevindirdi - FOTOREPORTAJ

15 İyul 2022 09:20 Sabah 1 340
İki azərbaycanlı gənc Murad Musayevi sevindirdi - FOTOREPORTAJ

Növbəti mövsüm üçün hazırlıqları davam etdirən “Sabah” yoxlama oyununda qüvvəsini sınayıb.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisi “Səbail”lə qarşılaşıb.

“Bank Respublika Arena”da keçirilən matç “Sabah”ın qələbəsi ilə başa çatıb – 3:1.

Ev sahiblərindən Ceyhun Nuriyev (2) və Camal Cəfərov fərqlənib. "Dənizçilər"in yeganə qoluna yeni transfer Franko Mazurek imza atıb.

Baş məşqçi Murad Musayev aşağıdakı start heyətinə şans verib:

Nicat Mehbalıyev, Tellur Mütəllimov, Hiqor Qabriel, Zurab Oçiqava, Boyan Letiç, Elvin Camalov (k), Aleksey İsayev, Ceyhun Nuriyev, Namik Ələskərov, Anatoli Nuriyev, Davit Volkov.

“Sabah” mövsümlərarası fasilədə ilk yoxlama oyununu “Sumqayıt”a qarşı keçirmişdi (1:2).

Bu matçla Bakı toplanışını başa vuran komada iyulun 17-də yay təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bolqarıstanın Bansko şəhərinə yola düşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti