“Sabah” Lukas Rangellə yollarını ayırıb.
Sportinfo.az Masazır təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu ilə mövsümün sonunda başa çatan icarə müqaviləsi yenilənməyib.
28 yaşlı forvarda xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
Lukas Rangel 2021/2022 mövsümünün ikinci yarısında Ukrayna "Vorskla"sından icarəyə götürülmüşdü.

