"Sabah" bir transferi açıqladı, digər legioner indi yoldadır

10 İyul 2022 23:40 Sabah 1 448
"Sabah" bir transferi açıqladı, digər legioner indi yoldadır

Xəbər verdiyimiz kimi "Sabah" Namiq Ələsgərov, David Volkov, Anatoli Nuruyev və Tellur Mütəllibovdan sonra ispaniyalı Con İrizaballa da anlaşdı.

İspaniyalı stopperlə 1+2 illik müqavilə imzalandığı ictimaiyyətə rəsmi açıqlandı.

"Transfer pəncərəsi"nin ən aktiv komandalarından biri olan "Sabah" hələ də dayanmaq fikrində deyil.

Belə ki, Masazır təmsilçisi növbəti transferə hazırlaşır. Bu, danışıqların yekunlaşmaq üzrə olduğu başqa bir müdafiəçidir.

Adını dəqiqləşdirə bilmədiyimiz legioner də ispaniyalıdır. Onun yaxın günlərdə ictimaiyyətə açıqlanacağı gözlənilir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti