Azərbaycanlı gənclər Murad Musayevi fikrindən necə daşındırdı?

9 İyul 2022 16:40 Sabah 1 344
Azərbaycanlı gənclər Murad Musayevi fikrindən necə daşındırdı?

"Sabah"ın yay "transfer pəncərəsi"nin ən aktiv klublarından biri olduğunu deyə bilərik.

Komanda kifayət qədər sanballı görünən Namiq Ələsgərov, David Volkov, Anatoli Nuruyev və Tellur Mütəllimov kimi simaları heyətinə qata bilib.

Rəsmi açıqlanmasa da, bizim xəbər verdiyimiz kimi, baş məşqçi Murad Musayev uzun müddətdir stopper mövqeyinə axtardığı futbolçunu da tapıb. Söhbət ispaniyalı müdafiəçi Jon İrazaballadan gedir.

Qalır yalnız qapı mövqeyi. Gözlənilirdi ki, Masazır təmsilçisi bu zonaya da əcnəbi oyunçu transfer edəcək. Amma rusiyalı çalışdırıcı bu fikrindən daşınıb.

O, böyük ehtimal əlində olan qolkiperlər - Nicat Mehbalıyev, Yusif İmanov və Aleksandır Noçayevlə yola davam edəcək.

Nicatın ötən mövsüm icarədə olduğu "Qəbələ"də yaxşı mövsüm keçirməsi və Yusif İmanovun başa çatan sezonun təxminən son 10 turunda özünü yaxşı tərəfdən göstərməsi Musayevin belə qərar verməsində önəmli yer alıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti