Azərbaycan klubunun məşhur braziliyalı ilə apardığı danışıqlarda SON DURUM

8 İyul 2022 17:00 Sabah 2 186
Azərbaycan klubunun məşhur braziliyalı ilə apardığı danışıqlarda SON DURUM

Braziliya millisinin keçmiş ulduzu Vaqner Lavın “Sabah”a keçməyə yaxın olduğunu xəbər vermişdik.

Daha dəqiq isə Rusiya mətbuatı 38 yaşlı hücumçunun tezliklə “Sabah”la müqavilə imzalayacağını iddia etmişdi.

Etibarlı mənbədən isə bizə bildirilmişdi ki, futbolçu ilə danışıqlar aparılır, amma xarici mətbuatın iddia etdiyi qədər də "Sabah" transferə yaxın deyil.

Bütün bu söz-söhbətlərdən təxminən 2 həftədən artıq vaxt keçsə də braziliyalı məşhur simadan hələ xəbər yoxdur.

Yenidən mövzuya qayıdıb, araşdırma apardıq. Məlum oldu ki, arxada qalan müddətdə davam edən danışıqlar heç də təmsilçimiz istədiyi məcrada davam etməyib.

Düzdü, Masazır təmsilçisinin Vaqner Lav istəyi hələ də davam edir. Amma onun ölkəmizə gəlmək ehtimal elə də çox deyil.

Əksinə arxada qalan müddətdə bu şanslar daha da azalıb. Heç cür baş məşqçi Murad Musayevin istədiyi forvardla razılıq əldə etmək mümkün olmur.

Son klubu Danimarka “Midtülland”ı olan Lav Rusiyanın ÇSKA, Fransanın “Monako”, Türkiyənin “Alanyaspor”, “Beşiktaş” və Qazaxıstanın “Kayrat” komandalarında da çıxış edib.

38 yaşlı forvard Braziliyi millisində keçirdiyi 25 matçda 9 dəfə fərqlənməyi bacarıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti