“Sabah”ın hücumçusu: “İndi də bu haqda danışanda gözlərimdən yaş axır"

6 İyul 2022 19:20 Sabah 718
“Sabah”ın hücumçusu: “İndi də bu haqda danışanda gözlərimdən yaş axır"

"Ukraynada baş verənlər sözlə ifadə edilə bilməyən hadisələrdir".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin və "Sabah"ın futbolçusu Anatoli Nuriyev Ukraynadakı müharibə barədə danışarkən deyib.

26 yaşlı hücumçu hamı qorxu içində olduğunu bildirib:

"İnsanlarda bir damla insanlıq qalmayanda qorxulu olurlar. Orada yaşananları düşməninizə belə, arzu etməzdiniz. Çünki bunlar normal şeylər deyil. İndi də bu haqda danışanda gözlərimdən yaş axır".

Nuriyev "Sabah"la 3 illik müqavilə imzalayıb. Forvard Azərbaycanda hər kəsin Ukraynanı dəstəklədiyini söyləyib:

"Əvvəlcə insanlar mitinqlərə gedirdi, indi isə bütün Avropada olduğu kimi, emosiyalar səngiyib. Zaman keçdikcə bu barədə söhbətlər azalmağa başladı.

Bütün insanlar sanki müharibəni adi qəbul edirlər. Bu, Ukraynada doğulub böyüyənlər üçün isə belə deyil".

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?