“Sabah” AFFA-dan birillik möhlət istədi – RƏSMİ AÇIQLAMA

2 İyul 2022 14:00 Sabah 1 677
“Sabah” AFFA-dan birillik möhlət istədi – RƏSMİ AÇIQLAMA

Dünən xəbər verdiyimiz kimi, “Sabah” növbəti mövsüm I Divzionda təmsil olunmayacaq.

AFFA-dan redaksiyamıza verilən məlumata görə, Masazır təmsilçisi əvəzedici heyətinin aşağı liqada çıxış etməyəcəyi barədə federasiyanı məlumatlandırıb.

Gənclərdən ibarət komandanın əksər üzvlərinin “Turan Tovuz”, “Kəpəz” və digər klublar tərəfindən icarəyə götürülməsini əsas gətirən “ağ-göylər” AFFA-dan yaranmış vəziyyəti nəzərə almasını istəyib.

“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Sportinfo.az-a açıqlamasında yaranmış son vəziyyətlə bağlı bunları söyləyib:

“Yay fasiləsində artıq bir neçə gənc futbolçumuzu müxtəlif Premyer Liqa klublarına icarəyə vermişik. Samir Məhərrəmli “Kəpəz”ə, Veysəl Rzayev və Şakir Seydiov isə “Turan Tovuz”a icarəyə verilib.

Daha bir neçə gənc oyunçumuzla bağlı da oxşar qərarların verilməsi gözlənilir. Bu addımın atılmasına səbəb həmin futbolçuların özlərini daha da inkişaf etdirmələridir.

Bundan əlavə, son mövsümdə əvəzedici heyətin üzvü olmuş bir neçə gənc futbolçu əsas komandamıza cəlb edilib.

Bütün bunları nəzərə alaraq, növbəti mövsümdə əvəzedici komandamızın Birinci Divizionda iştirak etməməsi ilə bağlı AFFA-ya müraciət etdik.

Lakin onu da qeyd edim ki, bu, yalnız 2022/23 mövsümü üçün keçərli qərardır”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"