Azərbaycanda bir neçə klubun arxasınca düşdüyü legioner haqda “Sabah”dan AÇIQLAMA

1 İyul 2022 14:40 Sabah 1 369
Azərbaycanda bir neçə klubun arxasınca düşdüyü legioner haqda “Sabah”dan AÇIQLAMA

“Onunla bağlı müəyyən təmaslar olub, lakin növbəti mövsümdə komandada olub-olmayacağına hələ tam aydınlıq gəlməyib”.

“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Sportinfo.az-a açıqlamasında müqavilə ilə “Şaxtyor”a məxsus olan Aleksey Kaşukla bağlı danışıb.

Bizdəki məlumata görə, Donetsk klubu ötən mövsümün son 3 ayını Azərbaycanda keçirmiş və kifayət qədər yaxşı performans sərgiləmiş, Premyer Liqanın digər iddialılarının da diqqətini cəlb etmiş yarımmüdafiəçinin yenidən burada çıxış etməsini istəmir.

“Sabah”a gələnə qədər icarə əsasında “Mariopol”da çıxış etmiş Ukrayna gənclər yığmasının üzvü bu ölkənin başqa bir komandasına icarəyə veriləcək.

Hərçənd “Sabah” daha yaxşı şərtlərlə “Şaxtyor”a təklif göndərib. Əslində, Kaşukun ürəyi buradadır və şəxsi müqavilə bəndlərində onunla razılıq əldə olunub. Gəl ki, Donetsk təmsilçisi onu Ukraynada saxlamaqda israrlıdır.

E.Həmidovu dinləyək:

“Aleksey Kaşuk "Sabah"da icarə əsasında çıxış edirdi. Müqavilə ilə "Şaxtyor"a məxsusdur və onun icarə müqaviləsi mövsümün sonunda başa çatdı.

Bu istiqamətdə hər hansı razılıq əldə olunsa ictimaiyyətə məlumat veriləcək”.

Digər Xəbərlər
Xəbər Lenti