“Şaxtyor” futbolçusunu Azərbaycan klubuna icarəyə vermək istəmir

30 İyun 2022 20:40 Sabah 1 543
“Şaxtyor” futbolçusunu Azərbaycan klubuna icarəyə vermək istəmir

“Şaxtyor” müqavilə ilə ona məxsus olan Aleksey Kaşuku yenidən icarəyə verməyə razılaşıb. Amma “Sabah”a yox...

Donetsk klubu ötən mövsümün son 3 ayını Azərbaycanda keçirmiş yarımmüdafiəçinin yenidən Premyer Liqamızda çıxış etməsini istəməyib.

“Sabah”a gələnə qədər icarə əsasında “Mariopol”da çıxış etmiş Ukrayna gənclər yığmasının üzvü bu ölkənin başqa bir komandasına icarəyə veriləcək.

Hərçənd “Sabah” daha yaxşı şərtlərlə “Şaxtyor”a təklif göndərib.

Əslində, Kaşukun ürəyi buradadır və şəxsi müqavilə bəndlərində onunla razılıq əldə olunub. Gəl ki, Donetsk təmsilçisi onu Ukraynada saxlamaqda israrlıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti