Azərbaycan klubundan məşhur forvardla bağlı RƏSMİ AÇIQLAMA

28 İyun 2022 11:00 Sabah 3 084
Azərbaycan klubundan məşhur forvardla bağlı RƏSMİ AÇIQLAMA

"Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Sportinfo.az-a açıqlama verib.

Klub rəsmisi xarici mətbuatın Braziliya millisinin sabiq hücumçusu Vaqner Lavın karyerasını "Sabah"da davam etdirəcəyi ilə bağlı yaydığı iddiaya münasibət bildirib.

Sitat: "Transfer çalışmalarımız davam edir. Hazırda transfer danışıqları ilə bağlı məlumat verə bilmərik. Hər hansı futbolçu ilə razılıq əldə olsunsa, bu barədə ictimaiyyətə məlumat veriləcək",

Son klubu Danimarka "Midtüllan"ı olan Lav Rusiyanın MOİK, Fransanın "Monako", Türkiyənin "Alanyaspor", "Beşiktaş" və Qazaxıstanın "Kayrat" komandalarında da çıxış edib.

38 yaşlı forvard Braziliyi millisində keçirdiyi 25 matçda 9 dəfə fərqlənməyi bacarıb.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti