"Sabah" öz seçimini etdi - Toplanış üçün bu ölkəyə gedir

26 İyun 2022 17:00 Sabah 916
"Sabah" öz seçimini etdi - Toplanış üçün bu ölkəyə gedir

“Sabah”ın yay hazırlıq planı bəlli olub.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, komanda hazırlığa iyunun 27-də Bakıda başlayacaq. Təlim-məşq toplanışının ilk mərhələsi iyulun 15-nə kimi davam edəcək.

İyulun 17-də isə komanda təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bolqarıstanın Bansko şəhərinə yollanacaq. Hazırlığın Bolqarıstan mərhələsi iyulun 31-nə kimi davam edəcək.

Komandanın Bakıda 2, Bolqarıstanda isə 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Rəqiblər barədə qarşıdakı günlərdə məlumat veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti