Paytaxt klubunun TRANSFER GÜNDƏLİYİ – 2 milli üzvü, 2 əcnəbi

20 İyun 2022 23:20 Sabah 1 817
Paytaxt klubunun TRANSFER GÜNDƏLİYİ – 2 milli üzvü, 2 əcnəbi

Heyətini gücləndirmək yolunda axtarışlarını davam etdirən “Sabah”ın indi ən ümdə məqsədi iki mövqeyə əcnəbi futbolçunun tapılmasıdır.

Səlahət Ağayevlə yolları ayıran Masazır təmsilçisində qapı mövqeyinə əcnəbi qolkiper axtarışları davam edir.

Digər əcnəbi futbolçunun axtarıldığı zona isə müdafiənin mərkəzidir.

Əslində baş məşqçi Murad Musayev müdafiənin mərkəzinə “Sumqayıt”da çıxış edən Höccət Haqverdinin alınmasına isti baxır. Bu istiqamətdə danışıqlar da aparılır.

Amma milli komandamızın da üzvü olan iranlı ilə bağlı danışıqlar uzandığı üçün rusiyalı mütəxəssis çox gözləmək fikrində deyil.

Düzdür, Höccətdən başqa digər milli üzvü olan və hazırda Polşada legioner həyatı yaşayan Anton Krivotsyuk da namizədlər arasındadır.

Amma o, mərkəz müdafiəçisi kimi oynamağı bacarsa da, daha çox cinah müdafiəçisi kimi alınması düşünülür.

Növbəti mövsüm qarşısına yüksək yerlər tutmaq vəzifəsi qoyan komanda yay fasiləsinin yeni başlamasına baxmayaraq Tellur Mütəllimov, Namiq Ələsgərov, Anoteli Nuriyev, David Volkov kimi kifayət qədər sanballı adları heyətinə qata bilib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!