"Sabah"dan daha bir… ÇEMPİONLUQ FOTOREPORTAJI

18 İyun 2022 02:30 Sabah 537
"Sabah"dan daha bir… ÇEMPİONLUQ 
FOTOREPORTAJI

AFFA-nın təşkil etdiyi AFFA U-12 Liqasında 2021/2022-ci illər mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Liqanın final qarşılaşmasında “Vətən” və “Sabah” komandaları üz-üzə gəlib.

Həlledici oyunda rəqibi üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanan “Sabah” AFFA U-12 Liqasının qalibi olub.

Üçüncü yer uğrunda görüşdə isə UGİŞM-1 (Sumqayıt) komandasıni 7:0 hesabı ilə məğlub edən “Neftçi” bürünc medallara sahib olub.

Final qarşılaşmasından sonra qalib komandalara medallar və diplomlar, çempion “Sabah”a isə kubok təqdim edilib. “Vətən” komandasının üzvü Məhəmməd Bəşirov “fair-play” mükafatına layiq görülüb.

Mükafatları AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, futbol veteranı Rüstəm Rəhimov, Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev təqdim ediblər.

Digər Xəbərlər
Xəbər Lenti