“İstəkli və iddialı kluba gəldiyimi bilirəm" - Ələskərov "Sabah"a keçidi haqda

17 İyun 2022 19:20 Sabah 681
“İstəkli və iddialı kluba gəldiyimi bilirəm" - Ələskərov "Sabah"a keçidi haqda

"Sabah"ın yeni transferi Namiq Ələskərov paytaxt klubuna keçidi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi klubun rəsmi saytına açıqlamasında deyib:

“İstəkli və iddialı kluba gəldiyimi bilirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam ki, “Sabah”ın uğurlarında böyük pay sahibi olum.

Əsas hədəfim ilk növbədə klubumla çempionatda qarşımıza qoyulan hədəfə çatmaq və bununla yanaşı, şəxsi göstəricilərimi də inkişaf etdirməkdir”.

3 illik müqavilə bağlayan Namiq həmçinin “Sabah” azarkeşlərinə də müraciət edib. O, klubun tərəfdarlarını stadiona səsləyib:

“Azarkeşlərə demək istəyirəm ki, oyunlarımıza gəlsinlər və bizi sona qədər dəstəkləsinlər. Biz futbolçular da meydandakı oyunumuzla bunun qarşılığını verməyə çalışacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!