Sabiq "Barselona"lı Azərbaycan klubuna lazım olmadı

17 İyun 2022 11:20 Sabah 1 802
Sabiq "Barselona"lı Azərbaycan klubuna lazım olmadı

"Sabah" daha bir futbolçu ilə yolları ayırmağa hazırlaşır.

Söhbət ispaniyalı legioner Xuan Kamaradan gedir.

Polşanın "Yaqelloniya" komandasına məxsus olan və ötən mövsümü Masazır klubunda keçirən yarımmüdafiəçi baş məşqçi Murad Musayevin gələcək planlarına daxil deyil.

28 yaşlı oyunçu paytaxt klubunda meydana çıxdığı 22 oyunda 5 qol və 3 asistlə yadda qalmağı bacarıb.

O, "Sabah"a kimi karyerası ərzində İspaniyanın “Vilyarreal B” (2012-2014), “Barselona B” (2014-2016), “Barselona” (2015-2016), “Jirona” (2016/2017), “Reus Deportiu” (2017/2018), Polşanın “Medz Leqnitsa” (2018/2019), “Yagelloniya” (2019-2020), Rumıniyanın “Dinamo” (Buxarest, 2020) və “Universitatya Krayova” (2021) klublarında çıxış edib. Xuan 5 oyunda İspaniya U-17 millisinin də şərəfini qoruyub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti