Namiq Ələskərov “Bursaspor”u bu kluba dəyişdi – VİDEO+FOTO

17 İyun 2022 10:20 Sabah 2 008
Namiq Ələskərov “Bursaspor”u bu kluba dəyişdi – VİDEO+FOTO

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Azərbaycan millisinin üzvü Namiq Ələskərov bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq. 27 yaşlı yarımmüdafiəçi ilə bağlanmış müqavilənin müddəti 3 ildir.

Namiq karyerası ərzində ölkəmizdə "Bakı", "Qarabağ", "Kəpəz", "Neftçi" klublarında çıxış edib. Onun son komandası Türkiyədə "Bursaspor" olub.
Ələskərov "Sabah"da 17 nömrəli formanı geyinəcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!