Azərbaycan klubu daha bir legoneri ilə vidalaşmağı lazım bildi

17 İyun 2022 10:40 Sabah 1 663
Azərbaycan klubu daha bir legoneri ilə vidalaşmağı lazım bildi

“Sabah“ 5-ci ayrılığa hazırlaşır.

Buna kimi Slavik Alxasov, Şpiro Periçiç, Xulio Rodriqes və Səlahət Ağayevlə vidalaşmış Masazır klubu bu dəfə Mixeil Erqemlidzeni yola salmağı qərara alıb.

Ötən ilin yayında Azərbaycana gəlmiş gürcüstanlı hücumçu ilə hələ 2 ili qüvvədə olan müqavilənin qarşılıqlı razılaşma əsasında xitam verilməsi üçün aparılan danışıqlar yekunlaşmaq üzrədir.

“Dinamo”nun (Tbilisi, Gürcüstan) yetirməsi olan Erqemlidze karyerası ərzində bu klubun əsas komandası ilə yanaşı, “Çixura”, “Qaqra” və Türkiyədə - “Adana Demirspor”da çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"