"Sabah"ın maraqlandığı hücumçunu buna layiq gördülər

17 İyun 2022 00:40 Sabah 1 333
"Sabah"ın maraqlandığı hücumçunu buna layiq gördülər

"Ufa"nın hücumçusu Həmid Ağalarov Rusiya Premyer Liqasında 2021/22 mövsümünün ən yaxşı gənc oyunçusu seçilib.

Sportinfo.az Premyer Liqanın rəsmi saytına istinadən xəbər verir ki, səsvermədə 131 xal toplayan 21 yaşlı forvard ilk pilləni tutub.

2021/22 mövsümündə Rusiya çempionatında 29 oyun keçirən Ağalarov 19 qol vuraraq bombardir olub.

Bir müddət əvvəl Ağalarovun "Sabah"a keçə biləcəyi iddia edilirdi.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM