"Sabah"ın baş məşqçi haqqında deyilən bu sözü eşitsə…

12 İyun 2022 20:40 Sabah 1 289
"Sabah"ın baş məşqçi haqqında deyilən bu sözü eşitsə…

"Çox əla insan və məşqçidir, hətta deyərdim ki, indiyə qədər gördüyüm məşqçilərin arasında ən yaxşılardandır".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"dan "Qəbələ"yə keçən Səlahət Ağayev deyib.

Millinin də formasını geyinən qapıçı Masazır klubunda rəhbərliyi altında çalışdığı Murad Musayevi məşqçi və insan kimi bu cür xarakterizə edib:

"Onun xarakteri, iş prinsipi, davranışı – hamısı nümunəvidir. Əsl məşqçi xarizması və bacarığı var onda.

Bu cür davam etsə, böyük işlər görəcək. 38 yaşı var, amma o yaşı vermək olmur. Sanki 40 ildir futbolun içindədir".

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM