"Millidə oynamaq hər bir futbolçu üçün fəxrdir, mənim üçün də həmçinin".
"Sabah"ın yarımmüdafiəçisi Elvin Camalov Sportinfo.az-a açıqlamasında belə deyib.
Bugünlərdə Masazır klubu ilə müqaviləsini 1 il müddətinə yeniləyən orta sahə oyunçusu yığmanın Millətlər Liqasındakı oyunlarına dəvət almamasına münasibət bildirib:
"Əlbəttə, millimizin şərəfini yenidən qorumaq istəyərəm. Ancaq son qərarı verən millinin məşqçiləridir.
Qərara hörmətlə yanaşıram. Nə vaxt dəvət olunsam, əlimdən gələn köməyi etməyə hazıram".

