Maykl Essyen Azərbaycana qayıdıb.
O, "Sabah"ın akademiyasının qonağı olub.
Ötənlərin ulduz futbolçusu Masazır klubunun U-10 və U-12 komandalarının Bakı Olimpiya Stadionunda keçirilən məşqini izləyib, azyaşlı futbolçulara sürpriz edib.
Görüş zamanı Essyen akademiyanın üzvlərinin suallarını cavablandırıb, onlara futbolda uğur qazanmaq üçün öz məsləhətlərini verib.
Daha sonra azyaşlı futbolçular arasında əyləncəli yarış keçirilib. Yarışın qalibi olan akademiyanın 2 futbolçusuna Essyenin imzalı forması hədiyyə edilib.
Qanalı sabiq yarımmüdafiəçi Azərbaycana “Sabah”ın idman direktoru Ramin Həsənovun dəvəti ilə gəlib. Onların tanışlığı illər əvvələ təsadüf eləyir.
Həsənov “Səbail”də eyni vəzifəni tutduğu dönəmdə “Çelsi”nin bu kluba keçidinə vasitəçi olub.
Cütlük dünən Azərbaycan və Slovakiya yığmaları arasında “Dalğa Arena”da keçirilən Milltlər Liqasının qrup matçını (0:1) birlikdə izləyib.
SPORTİNFO.AZ

