"Sabah"ın yeni transferi: "Burada mənə tanış simalar var"

11 İyun 2022 11:20 Sabah 1 074
"Sabah"ın yeni transferi: "Burada mənə tanış simalar var"

"Sabah"ın yeni transferi Anatoli Nuriyev klubun saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 3 illik müqavilə imzalayan 26 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinə gəldiyi üçün şad olduğunu bildirib:

"Sabah"a keçdiyimə görə çox şadam. Burada mənə tanış simalar var. İnanıram ki, yeni komandama tez uyğunlaşacam.

"Sabah"da məşqlərə başlamaq, yeni komanda yoldaşlarım və məşqçilərimlə tanış olmaq üçün səbirsizlənirəm.

Ümid edirəm ki, növbəti mövsüm bizim üçün uğurlu olacaq və qarşımıza qoyulan hədəfə çatacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM