"Neftçi" ona daha çox pul təklif edir, ancaq…

10 İyun 2022 23:00 Sabah 1 971
"Neftçi" ona daha çox pul təklif edir, ancaq…

Transfer çalışmalarını sürətləndirən “Sabah"ın növbəti hədəfi məlum olub.

Masazır klubu Tellur Mütəllimov və Anoteli Nuriyevdən sonra indi də "Sumqayıt"ın digər əsas siması - Rəhim Sadıqova göz dikib.

Millimizin də üzvü olan yarımmüdafiəçinin Bakı klubuna keçidi an məsələsidir.

Düzdüe, 25 yaşlı futbolçunun başqa müştərisi də var. Söhbət ötən mövsümün çempionu "Neftçi"dən gedir.

“Ağ-qaralar” ona “Sabah”dan daha artıq qazanc vəd edir. Söhbət təxminən 50 min manat artıq maaşdan gedir.

Ancaq “Neftçi”nin hələ də yeni baş məşqçi problemini həll edə bilməməsi Rəhimi “Sabah”a bir addım yaxınlaşdırıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti