"Transfer bazarı"nda aktivlik göstərən "Sabah" Tellur Mütəllimov, Aleksey Nuriyev kimi yığma üzvlərini artıq heyətinə qatmağı bacarıb.
İndi isə əsas axtarışlar daha çox qapı mövqeyi ilə bağlıdır.
Belə ki, Səlahət Ağayevlə başa çatan müqavilə yenilənmədisə, Nicat Mehbalıyev, böyük ehtimalla, qarşıdakı mövsümü "Səbail"də keçirəcək. Masazır təmsilçisinin hər iki qapıçını asanlıqla əldən buraxması səbəbsiz deyil.
Komanda hazırda Yusif İmanov, Rustam Samiqullin və Aleksandır Neçayevin ümidinə qalıb.
Amma Musayev heç də gənc İmanov, Samiqullin və ümidləri o qədər də doğrultmayan belaruslu qolkiperlə uzun yola çıxmaq fikrində deyil.
Rusiyalı mütəxəssis rəhbərlikdən qapı mövqeyinə də əcnəbi futbolçu alınmasını istəyib. Bu istəyin arxasında duran əsas səbəb isə növbəti mövsüm legioner limitinin 7+4 olmasıdır.
Əcnəbilərlə bağlı yeni qərar ən çox Murad Musayevin əl-qolunu açıb deyə bilərik.
XANOĞLAN İMANOV

