Rusiya Premyer Liqasının bombardiri Azərbaycan klubunda?

9 İyun 2022 23:00 Sabah 2 335
Rusiya Premyer Liqasının bombardiri Azərbaycan klubunda?

Sportinfo.az xəbər verir ki, “Sabah”ın baş məşqçisi Murad Musayev “Ufa”nın (Rusiya) hücumçusu Həmid Ağalarovu transfer edəcəklərinə dair yayılan xəbərlərə münasibət bildirib.

Daha əvvəl Rusiyanın eurostavka.ru saytı “Sabah”ın Rusiya U-21 millisinin dağıstanlı hücumçusunu transfer etmək istədiyinə dair məlumat yayıb.

İddia edilib ki, Azərbaycan tərəfi H. Ağalarovu milliləşdirmək də istəyir.

M.Musayev özü isə metaratings.ru saytına açıqlamasında deyib:

“Hazırda mən məzuniyyətdəyəm. Ona görə də şərh verə bilmərəm. Transfer yoxdur, əgər olsaydı, nəsə deyərdim.

Mən çox oyunçu ilə maraqlana bilərəm. Amma siz bilirsiniz ki, əgər transfer yoxdursa, o, şərh edilməməlidir”.

H.Ağalarov 2021/22 mövsümü Rusiya Premyer Liqasının bombardiri olub (20 qol).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti