"Xəzər Lənkəran 42": "Bu markanı geri qaytarmaq lazımdır, ciddi planlarımız var"

12 Noyabr 2022 14:40 Region Liqası 1 667
"Xəzər Lənkəran 42": "Bu markanı geri qaytarmaq lazımdır, ciddi planlarımız var"

«Mən şübhə etmirəm ki, yaratdığımız bu klub yaxın illərdə Azərbaycan futbolunda öz sözünü deyəcək».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Xəzər Lənkəran 42»nin direktoru Höccət Hacıyev deyib.

Region Liqasının debütantı növbəti mövsümdə I Divizionda çıxış etməyi hədəfləyib. Vaxtilə «Xəzər Lənkəran»da müxtəlif mühüm vəzifələr tutmuş funksioner yeni klubun inkişaf konsepsiyasını hazırladıqlarını bildirib:

«İndi əsas üstünlüyü «Xəzər Lənkəran»ın futboldan qıraq düşmüş yetirmələrinə vermişik. Həmçinin Bakı və digər rayonlardan bir neçə nəfər gətirmişik.

Belə-belə ilk addımlarımızı atırıq. Gələn mövsüm Divizionda oynamaq istəyrik. Ondan sonra da yolumuz Premyer Liqayadır.

Orada bölgə klubları nə qədər çox olsa, çempionat bir o qədər maraqlı və rəqabət şəraitində keçər. AFFA da elə bunu istəyir.

«Xəzər Lənkəran» markasını geri qaytarmaq lazımdır. Bu klub Azərbaycanın hər yerində sevilib. İddması və azarkeşi ilə silinməz izlər buraxıb.

Biz də bum arkanı yaşatmaq və inkişaf etdirmək istəyirik. Hələ açıqlamaq istəmirəm, ciddi planlarmıız var.

AFFA, İcra Hakimiyyəti və yerli iş adamlarının köməyi ilə böyük işlər görmək niyyətindəyik.

Lənkəran camaatı da bunu istəyir. Hamı «Xəzər Lənkəran» üçün darıxıb».

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!