"Qəbələ"nin yarasına məlhəm olmayan TRİO

10 Oktyabr 2022 16:00 Qəbələ 724
"Qəbələ"nin yarasına məlhəm olmayan TRİO

Premyer Liqada ilk dövrə geridə qaldı.

Səkkiz turu heç-heçəsiz tamamlayan iki komanda qaldı: «Qarabağ» və «Qəbələ».

Dövrənin bağlanış həftəsində üz-üzə gəldilər və dağlar qoynunda qazanan tərəf «Qarabağ» oldu. Filip Ozobiç ikinci hissənin əvvəlində vurduğu qolla keçmiş komandasını məğlubiyyətlə barışdırdı.

«Qəbələ» uduzmasına rəğmən, yaxşı təsir bağışladı. Özəlliklə ilk yarıda.

Oyunu müdafiədən quran «Qəbələ» ona yad olan bu üslubdan 90 dəqiqə boyunca imtina etmədi.

Qol arayışından daha çox, qapının toxunulmazlığının qayğısına qalan ev sahibləri fortunaya ümid bəslədi, o da final fitinə yaxın tərs üzünü göstərdi.

Cərimə zərbəsindən sonra qapı qarşısında yaranan qarışıqlıq zamanı «Qarabağ»ı hesabın bərabərləşməsindən Şahruddin Məhəmmədəliyev xilas elədi.

«Şah» iki ardıcıl seyvi ilə «Qəbələ»nin 1 xal arzusunu torpağa tapşırdı.

Ruan Renato, Rafael Utrix və Felipe Santos «Qəbələ»nin meydandakı idarəçiləridir. Dünən braziliyalı trio Elmar Baxşıyevə «kaş ki…» deyə biləcəyi bir gün yaşatdı.

Renato düzgün mövqe seçmədi və topa gecikdi, Ozobiç hesabı açdı. Utrix dəniz ləpəsi kimi gah irəliyə dönük göründü, gah gözdən itdi.

Santos isə yenə fərdi oynadı, Maksim Medvedevin bir balaca toxunuşu ilə özünü yerə atmaqdan savayı, heç nə ilə yadda qalmadı.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti