"Qəbələ"nin bu heyətlə avrokuboklara vəsiqə qazanması mümkündürmü?

8 Oktyabr 2022 23:20 Qəbələ 727
"Qəbələ"nin bu heyətlə avrokuboklara vəsiqə qazanması mümkündürmü?

«Gördüyünüz futbolçuların hər birini özüm seçib bəyənmişəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Premyer Liqada qeyri-sabit çıxış edən əyalət klubunun çalışdırıcısı «bu heyətlə avrokuboklara vəsiqə uğrunda sona qədər mübarizə aparmaq mümkündürmü» sualını belə cavablandırıb:

«İstədiyim komandanı yığmışam və hər bir futbolçuya inanıram. Əlbəttə, istənilən məşqçi sərəncamında eyni gücə malik iki heyətin olmasını istəyir.

Amma büdcəni də göz önünə gətirməliyik. İmkanımız nəyə imkan verirsə, ona uyğun addım atırıq».

«Qəbələ» ötən 8 turda 15 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti