“Qəbələ”nin yerli futbolçuları baş məşqçi Elmar Baxşıyevdən narazıdır.
Onlardan bir neçəsi baş məşqçini komanda üzvləri arasında ayrı-seçkilik etməkdə qınayıb.
Bildiriblər ki, Rafael Utrix neçə turdur zəif təsir bağışlamasına baxmayaraq, daim əsas heyətdə yer alır, layiq olanlar isə ehtiyatda daha çox vaxt keçirir.
Baxşıyev ondan şikayətçi olanları sakitləşdirməyə çalışıb, vəd edib ki, hamıya şans verəcək və bundan sonra belə məsələlərə daha diqqətli yanaşacaq.
SPORTİNFO.AZ

