"Gələcəkdə Azərbaycan futbolunu təmsil edəcək yetərincə oyunçumuz var"

4 Oktyabr 2022 20:10 Qəbələ 583
"Gələcəkdə Azərbaycan futbolunu təmsil edəcək yetərincə oyunçumuz var"

“Riskli oyun olmalı idi. Çünki biz 0:3 hesablı oyunda dönüş yaratmaq istəyirdik. Daha çox hücumlara atılmalı, qol vurmalı idik".

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Zaur Hacıyev UEFA Gənclər Liqasının Çempionlar yolunun 1-ci mərhələsinin "Hayduk"la (Xorvaiya) cavab oyunundan sonra deyib/

Səfərdə keçirilən görüşdə 0:3 hesabı ilə uduzan "qırmızı-qaralar" bu oyunda 1:2 hesalı məğlubiyyətlə üzləşib. Komandanın şalışdırıcısı fərdi səhvlərdən qollar buraxdıqlarını bildirib:

"Bu, oyunun əvvəlində reallaşmasa da, qarşılaşmanın gedişində üstünlüyü ələ aldıq. Komandadan razıyam. Verilən tapşırıqları yerinə yetirdilər. Amma bir top fərqi ilə öndə olanda iki qol buraxmağımız sevindirici hal deyil. Düşünürəm ki, futboldur, səhvlər oyunudur. Fərdi səhvlərdən qollar buraxdıq. Amma komanda olaraq yaxşı mübarizə apardıq. İnanıram ki, bu kollektivdə gələcəkdə Azərbaycan futbolunu təmsil edəcək yetərincə oyunçumuz var. Bu da sevindirici haldır”.

Digər Xəbərlər
Xəbər Lenti