“Futbolçulardan da soruşsaz, eyni cavabı eşidəcəksiz“

2 Oktyabr 2022 23:00 Qəbələ 996
“Futbolçulardan da soruşsaz, eyni cavabı eşidəcəksiz“

“İndidən mövsümün sonunu düşünmək istəmirəm“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ“nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Əyalət təmsilçisi 8 turdan sonra 15 xal toplayıb. Premyer Liqanın turnir cədvəlində 4-ci pillədə yer alan “qırmızı-qaralar“ hələ final mərhələsi haqda fikirləşmir.

Komandanın durumu barədə bəzən səsləndirdiyimiz tənqidi rəylərə obyektiv yanaşan mütəxəssisi dinləyək:

“Bu dəqiqə əsas məqsədimiz oyun planında “artırmaq”, daha çox xal toplamaq və qarşıdakı rəqibi düşünməkdir.

Sonda necə olacağını zaman göstərəcək. Futbolçulardan da soruşsaz, eyni cavabı eşidəcəksiz“.

Digər Xəbərlər
Xəbər Lenti