"Yaxşı üstünlüyümüz var, amma hesablamalar olmayacaq"

1 Oktyabr 2022 00:50 Qəbələ 363
"Yaxşı üstünlüyümüz var, amma hesablamalar olmayacaq"

"Qəbələ" topla oynamağa və ikili mübarizələri qazanmağa can atan komandadır.

Bu səbəbdən qarşılaşmaya ciddi yanaşırıq".

Sportinfo.az xəbər verir ki, bunu Xorvatiya "Hayduk"unun 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Mariyan Budimir Qəbələdə eyniadlı kollektivə qarşı keçirəcəkləri UEFA Gənclər Liqasının I mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

42 yaşlı mütəxəssis bildirib ki, səfərdə ilk matçdakından daha yaxşı oynamalıdırlar: "Yaxşı üstünlüyümüz var, amma hesablamalar olmayacaq. Öz oyunumuzu göstərib topa daha çox sahib olmağa üçün çalışacağıq".

Oktyabrın 4-də keçiriləcək "Qəbələ" - "Hayduk" görüşü saat 17:00-da başlayacaq. Splitdəki ilk oyunda "qırmızı-qaralar" 0:3 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti