"Frayburq"un hücumçusu "Qarabağ"dan gen-bol danışdı

26 Sentyabr 2022 03:20 Qəbələ 3 394
"Frayburq"un hücumçusu "Qarabağ"dan gen-bol danışdı

"Frayburq" klubunun hücumçusu Nils Petersen Avropa Liqasının G qrupunun "Qarabağ"la görüşü barədə danışıb.

Sportinfo.az xəbər verir ki, "Kicker"ə danışan forvard komandasının 2:1 hesablı qələbəsini şərh edib.

"Üç xal qazandığımız üçün xoşbəxtik. İki erkən qoldan sonra rahat atmosfer oldu.

Oyunun əvvəlində hər şeyin belə yaxşı alınmasına təəccüblənmişdim. Amma sonra biz qol buraxdıq.

2:1 hesabı bəzən bir anlıq çaşqınlıq yarada bilər, ondan sonra biz çox yaxşı oynamadıq. Öz aramızda hər tənqidi təhlil edəcəyik. Çətin bir başlanğıc idi.

Rəqibin pis olmadığını qeyd etsələr də, hamı bir növ qələbə gözləyirdi. Amma “Qarabağ” bu il Çempionlar Liqasının seçmə mərhələsində artıq bir neçə komandanı mübarizədən kənarlaşdırmışdı.

Bəzilərinin inandığı kimi bu, təsadüf deyildi. Qrupda mütləq bir neçə xal qazana biləcək çox yaxşı komandaya sahibdirlər.

Biz onların oynamasına icazə verdik. Bu da onların istədikləri və edə bildikləri idi. Topla yaxşı işləyirdilər.

2017-ci ildə Avropa Liqasının seçmə mərhələsi çərçivəsində “Domjale” ilə qarşılaşmada rəqibi dəyərləndirməməyin nəyə gətirib çıxara biləcəyini (1:0, 0:2) görmüşdük.

"Qarabağ" bizimlə müqayisədə qat-qat çox beynəlxalq təcrübəyə malikdir".

Digər Xəbərlər
Xəbər Lenti