Arda "Qəbələ" üçün Azərbaycana gələcək

26 Sentyabr 2022 02:10 Qəbələ 825
Arda "Qəbələ" üçün Azərbaycana gələcək

UEFA Gənclər Liqasında mübarizə aparan “Qəbələ”nin U-19 komandasının ilk ev oyununun hakimləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Çempionlar yolunda mübarizə aparan “qırmızı-qaralar”ın “Hayduk”la cavab görüşünü Türkiyədən olan ədalət təmsilçiləri idarə edəcək.

Oktyabrın 4-dəki matçın baş hakimi Arda Kardeşler olacaq. Ona həmyerliləri Mehmet Emin Tuğral və Süleyman Ozay kömək edəcək.\

Qarşılaşmanın dördüncü hakimi müəyyənləşməyib. Natç Qəbələ şəhər stadionunda baş tutacaq.

17:00. “Qəbələ” (Azərbaycan) – “Hayduk” (Xorvatiya)

Hakimlər: Arda Kardeşler, Mehmet Emin Tuğral, Süleyman Ozay (hamısı Türkiyə)

Qəbələ şəhər stadionu

İlk oyun – 0:3

Digər Xəbərlər
Xəbər Lenti